Azərbaycanda qandonduran hadisə: Ata qızını qətlə yetirib, intihar etdi

  • Space TV
  • 28 Dekabr 2020 14:21

Salyan rayonunda ata odlu silahla qızını qətlə yetirəndən sonra intihar edib.

Spacetv.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Qurbanov Məzahim ailə-məişət zəminində əvvəlcə qızı Rəvanə Qurbanovaya atəş açaraq qətlə yetirib. Sonra odlu silahla özünü öldürüb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun