Azərbaycanda qaçaqmalçılıq faktları üç dəfə azalıb

  • Space TV
  • 17 Noyabr 2020 17:41

Bu ilin yanvar-oktyabr ayları ərzində aşkar edilmiş cinayət xarakterli gömrük hüquqpozmaları haqqında məlumat verilib. 

Spacetv.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə ölkədə 148 qaçaqmalçılıq faktı aşkar edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, 3,2 dəfə azdır.

Eləcə də, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 95 cinayət faktı aşkar edilib.

Həmçinin, 16 gömrük ödənişlərinin ödənilməsindən yayınma faktı, eyni zamanda, 10 aksiz markası ilə markalanmalı olan malları marka olmadan idxal etmə faktı və digər cinayət xarakterli 249 fakt qeydə alınıb.

Bu cinayət xarakterli əməlləri törədən şəxslər qismində 460 nəfər məsuliyyətə cəlb olunub.

Eyni zamanda, cari dövr ərzində 13 min 366 inzibati xəta faktları aşkar edilib. Ötən ilə nisbətən bu 28,5 faiz daha çoxdur.

Paylaş

 Xəbəriniz olsun