Azərbaycanda qəribə hadisə: sürücüsü olmayan maşın hərəkətə gəlib piyadanı vurdu

  • SpaceTV
  • 5 Oktyabr 2019 18:40

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

SPACE TV-in bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində binaların birinin qarşısında qeydə alınıb. 

İlkin məlumatlara görə, içərisində sürücüsü olmayan avtomobil anidən hərəkətə gəlib və  binanın qarşısından keçən 1943-cü il təvəllüldü Həsənov Ənvər Ədil oğlunu vurub. 

Nəticədə yaralı ətrafdakı insanların köməyi ilə yaxınlıqda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Əməliyyat edilən 76 yaşlı piyadanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Paylaş

 Xəbəriniz olsun