Azərbaycanda pul bazası 17%-dən çox artıb

  • Space TV
  • 1 Sentyabr 2020 13:25

Azərbaycanda pul bazası bu il sentyabrın 1-nə 11 mlrd 907,5 mln manat təşkil edib.

Spacetv.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 230,6 milyon manat və yaxud 2% çoxdur.

Pul bazası ilin əvvəlinə nisbətən 245 milyon manat və yaxud 2% az, son 1 ildə isə 1 mlrd 749,9 mln manat və yaxud 17,2% artıb. 

Paylaş

 Xəbəriniz olsun