Azərbaycanda özəl məktəblərdə işləyən əcnəbi müəllimlərin ölkəyə gəlməsi qaydası açıqlanıb

  • Space TV
  • 27 Avqust 2020 17:54

“Xarici ölkə vətəndaş olan müəllimlərin xaricdən Azərbaycanda özəl məktəblərə gəlməsi üçün Operativ Qərargaha və Təhsil Nazirliyinə müraciət olarsa, biz operativ formada bu müraciətlərə baxa bilərik”.

Spacetv.az-ın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev deyib ki, belə hal kütləvi deyil: “Belə hallar olarsa, baxıla bilər”.

Paylaş

 Xəbəriniz olsun