Azərbaycanda orta məktəb binası yandı Azərbaycanda orta məktəb binası yandı

  • SpaceTV
  • 13 Dekabr 2019 17:33

Quba rayonunda orta məktəbdə yanğın hadisəsi olub.

SPACE TV-in məlumatına görə, hadisə rayonun Tülər kənd orta məktəbinin binasında qeydə alınıb. Məktəb binasının dam örtüyündə qısaqapanmadan baş verən yanğın sonradan güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikaları cəlb edilib.

Yanğının qarşısı alınsa da, binanın dam örtüyü yanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun