Gələcəkdə notariusların sayının artırılması planlaşdırılır.
SPACE TV-in verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanov deyib.
O deyib ki, ölkə ərazisində yeni “ASAN Xidmət”lərin açılması ilə əlaqədar əlavə notariusların açılmasına da ehtiyac yaranacaq: “Qanunvericiliyə əsasən, həmin “ASAN Xidmət”lərdə notariuslar da fəaliyyət göstərir. Hazırda ölkədə 156 notarius var”.