Azərbaycanda nikah və boşanma sayı açıqlandı

  • Space TV
  • 16 Dekabr 2020 14:31

Bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 29 580 nikah və 12 347 boşanma halları qeydə alınıb.

Spacetv.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda qeyd edilib.

Belə ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

2020-ci ilin 10 ayında ölkə üzrə 52 769 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

Paylaş

 Xəbəriniz olsun