Azərbaycanda muzdla çalışan işçilərin sayı artıb

  • Space TV
  • 14 Noyabr 2020 13:40

2020-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və ya 2,6 faiz artıb.

Spacetv.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, muzdla çalışan 1 milyon 681,6 min işçidən 908 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8,1 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,2 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıb.

Paylaş

 Xəbəriniz olsun