Azərbaycanda mərkəzi xəstəxana yandı

  • SpaceTV
  • 11 Dekabr 2019 12:11

Yevlax Şəhər Mərkəzi Xəstəxanasının dördmərtəbəli binasının üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri yanıb.

SPACE TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yüksək temperaturdan üçüncü mərtəbənin tavanı əriyib. Yanğın zamanı 8 xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş

 Xəbəriniz olsun