Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

  • SpaceTV
  • 29 Oktyabr 2020 15:54

2020-ci ilin sentyabr ayında debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb.

Spacetv.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, kredit kartları ilə aparılan əməliyyatların dəyəri 179 milyon manat həcmində olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz çoxdur.

Ölkədaxili əməliyyatların ümumi həcmi 157 milyon manat olub. Bu isə 2019-cu ilin sentyabr ayına nisbətən 38,9 faiz çoxdur.

Ölkədaxili əməliyyatların 47 milyon manatı ATM-lər vasitəsilə həyata keçirilib. Həmçinin, POS terminallar vasitəsilə aparılan əməliyyatların həcmi 69 milyon manat olub. Əmәliyyatların 41 milyon manatı isə elektron ticarətin payına düşüb.

Ölkәxarici әmәliyyatların dəyəri isə 22 milyon manat həcmində olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azdır.

Paylaş

 Xəbəriniz olsun