Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ

  • Space TV
  • 15 Dekabr 2020 15:41

“Ölkəmizdə xəstəliyin dinamikası fevral ayından bəri artır. Hazırda xəstəliyin ikinci dalğası ilə çətin günləri yaşayırıq”.

Spacetv.az-ın məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu gün ölkədə gündəlik yoluxma dörd min civarındadır:

“Biz dörd minin üzərində olan yoluxmaların öhdəsindən gəlirik. Lakin ölüm hallarının artması bizi vadar edir ki, vaksinasiya başlansın”.

Paylaş

 Xəbəriniz olsun