Azərbaycanda koronavirusdan vəfat etmiş xəstələrin təxminən yarıdan çoxu- 6 nəfəri məhz şəkərli diabet xəstəsi olub.

  • SpaceTV
  • 13 Aprel 2020 16:40

Diabetli xəstələrdə qanda şəkərin yüksək olması immun sistemini aşağı salır. Bu zaman infeksion xəstəliklərə yoluxma riski artır. Endokrinoloq Şəbnəm Alıyeva qeyd etdi ki, hər diabetli xəstə infeksiyaya yoluxmaqda eyni riski daşımır.

Belə xəstələr koronavirusdan necə qorunmalıdır? Hansı vacib qaydalara əməl etməlidirlər?

Onkoloji xəstələr, xroniki xəstəliyi- diabeti, xroniki böyrək, ürək, qaraciyər çatışmazlığı olan, orqan köçürülmüş xəstələr xüsusi risk qrupuna aiddir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr də kronovirus infeksiyasına yoluxmamaq üçün diqqətli olmalıdırlar. Belə  xəstələr əvvəlki ilə müqayisədə qəbul etdikləri qidalara xüsusi diqqət etməlidir. Onlar maye qəbulunu bir qədər azaltmalıdır.

Əziz Yaqubov dializ xəstəsidir. Bildirdi ki, artıq 1 neçə ildir  bu xəstəlikdən əziyyət çəkir. Xüsusi risk qrupuna aid olduğu üçün xəstəliyinin üstünə daha bir dərdin gəlməməsi üçün o da həkimlərin məsləhət gördüyü vacib qaydalara riayət etməyə çalışır.

Həkim Nefroloq Mirmənsim Məmmədov bildirdi ki, hazırda xəstənin qanının təmizlənməsi prosesi gedir.

Dializ qəbul edən xəstələr ictimai nəqliyyat vasitələrindən istifadə etməməlidirlər. Mümkün qədər  xəstələrin həftəlik seans sayının azaldılmasını təşkil etmək tövsiyə olunur. Belə olduqda xəstələrin dializ mərkəzinə gəlib getmələri zamanı infeksiyalaşma riski azalacaq. Odur ki, hər kəs xüsusilə də  risk qrupuna aid olan xəstələr vacib qaydalara riayət etməlidirlər. Bununla da ən birinci özünüzü qoruyar,  daha sonra isə bu bəşəri bəladan ölkəmizin üzü ağ çıxmasını, daha az itkilərlə can qurtarmasını reallaşdıra bilərsiniz.

NƏRGİZ ƏRƏSTUNQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun