Azərbaycanda koronavirusa yoluxma yenidən 100-dən aşağı düşdü: İki nəfər öldü – FOTO

  • Space TV
  • 15 Avqust 2020 20:05

Azərbaycanda koronavirus infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Spacetv.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6041 test aparılıb.

Aktiv xəstə sayı isə 1904 nəfərdir.

Paylaş

 Xəbəriniz olsun