Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 100-ü keçdi: Dörd nəfər öldü – FOTO

  • Space TV
  • 14 Avqust 2020 17:31

Azərbaycanda koronavirus infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Spacetv.az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7969 test aparılıb.

Aktiv xəstə sayı isə 2024 nəfərdir.

Paylaş

 Xəbəriniz olsun