Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları üstələdi: Bir nəfər öldü – FOTO

  • SpaceTV
  • 24 Sentyabr 2020 15:42

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Spacetv.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7618, ötən müddət ərzində isə ümumilikdə 1 080 873 test aparılıb.

Paylaş

 Xəbəriniz olsun