Azərbaycanda koronavirusa yoluşanların sayı 3-ə çatdı: Yaşları açıqlandı

  • Space TV
  • 29 Fevral 2020 16:01

Azərbaycanda koronavirus aşkarlanan şəxslərin yaşları açıqlanıb.

Nazirlər Kabineti yanın operativ qərargahdan SPACE TV-a verilən məlumata görə, virusa yoluxan şəxslərdəmn biri 17.06.1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, fevralın 26-da xəstəxanaya daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün Təbrizdə səfərdə olub.

Digər 29.04.1998-ci il təvəllüdlü şəxs də fevralın 26-da xəstəxanaya daxil olub və Qum şəhərindən gəlib.

Bununla da Azərbaycanda koronavirusa yoluxma faktı təsdiqlənən şəxslərin sayı 3-ə çatıb. Koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlü Rusiya vətəndaşıdır.

Paylaş

 Xəbəriniz olsun