Azərbaycanda koronavirusa 349 yeni yoluxma qeydə alınıb, 12 nəfər vəfat edib

  • Space TV
  • 15 Yanvar 2021 17:20

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349yeni yoluxma faktı qeydə alınıb, 494nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Spacetv.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 773nəfər müalicə olunaraq sağalıb, 2 983 nəfər vəfat edib, aktiv xəstə sayı 9 793 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 231, bu günə qədər isə ümumilikdə 2 302 843 test icra olunub.

Paylaş

 Xəbəriniz olsun