Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinə maliyyə yardımı ayrılıb. Bu vəsait əmək və icazə haqqlarının ödənilməsinə xərclənəcək. Ölkəyə turist axının kəskin azalması, karantin dövründə isə, tamamilə dayanması bu sahədə çalışan şirkətlərin böyük maliyyə itkiləri ilə qarşılaşmasına səbəb olub.
Sərxan Abdullayev bildirir ki, karantin rejimi ləğv edildikdən sonra da turizm sektorunun dirçəlməsi xeyli vaxt aparacaq. Hətta yay aylarında da bron edilən yerlərə turistlərin səyahət edib etməyəcəyi sual altındadır.
Qeyd edək ki, koronavirusdan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərə və fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən bu günə qədər ümumilikdə 46 milyon 915 min manat maddi yardım ödənilib.
Cəfər Talıb SPACE TV