Azərbaycanda kollec müəllimi amansızlıqla qətlə yetirildi

  • Space TV
  • 29 Avqust 2020 10:10

Gəncədə qətl hadisəsi baş verib.

Spacetv.az-ın məlumatına görə, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad oğlu evdə bıçaqla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin Azərbaycan tarixi müəllimidir.

Paylaş

 Xəbəriniz olsun