Azərbaycanda kirayə qaldığı evi almaq istəyənlərin sayı bilindi – RƏSMİ

  • SpaceTV
  • 30 Noyabr 2020 12:15

Bu günə olan məlumata görə, Azərbaycanda 380 vətəndaşla yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində kirayə müqavilələri rəsmiləşdirilib.

Spacetv.az-ın müxbirinin məlumatına görə, bunu İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov bildirib.

“Təbii ki, biz istədik, bu say çox olsun, məhsul yeni tətbiq olunduğundan bu rəqəm yaxşıdır”, – deyə o qeyd edib.

“Hazırda ipoteka kreditləri populyardır. Yeni başlayanda buna maraq çox az idi. İpoteka verilən ilk ildə cəmi 230 ipoteka krediti verilmişdi”, – deyə o əlavə edib.

Paylaş

 Xəbəriniz olsun