Azərbaycanda kafedə dəhşət: Qadın kişinin üstünə qaynar samovar aşırdı

  • SpaceTV
  • 23 Oktyabr 2019 15:34

Gədəbəydə 23 yaşlı kişinin üstünə qaynar samovar aşıb. 

SPACE TV-in bölgə müxbiri xəbər verir ki, hadisə rayondakı kafelərin birində qeydə alınıb.

Hüseynov Elməddin Ramazan oğlu üz nahiyəsinin yanığı, ikinci dərəcəli ağır yanıq xəsarətləri ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Bildirilir ki, hadisəni adı açıqlanmayan qadın edib. O, E.Hüseynovun üzərinə qaynayan samovarı aşırıb. Hələlik qadının hansı səbəbdən bu addımı atdığı açıqlanmır. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun