Azərbaycanda jurnalist koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

  • Space TV
  • 27 İyul 2020 09:47

Tanınmış jurnalist Səlim Babayev koronavirus infeksiyasına yoluxub.

space tv  Report-a istinadən xəbər verir ki, bu barədə onun oğlu bildirib.

“Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin”, – deyə onun övladı bildirib.

Qeyd edək ki, Səlim Balayev uzun illərdir mətbuatda çalışır. O, ölkənin bir sıra nüfuzlu qəzetlərində, habelə elektron kütləvi informasiya vasitələrində maraqlı araşdırmalarla, məqalələrlə çıxış edib.

Paylaş

 Xəbəriniz olsun