Azərbaycanda iqlim dəyişikliyi – VİDEO

  • Space TV
  • 25 Avqust 2020 12:19

Son günlər ölkə ərazisindən soyuq hava kütlələrinin keçməsi nəticəsində hava şəraiti kəskin dəyişib. Space TV-nin məlumatına görə, temperatur ölkəmizdə avqust ayının iqlim normasından 7 dərəcə aşağı düşüb. Yağan intensiv yağışlarla  əlaqədar respublikanın əksər çaylarında da sululuq artıb. Nəticədə bəzi dağ çaylarında sel, daşqınlar  baş  verib.

Son günlər müşahiə olunan hava avqust ayı üçün anomal hidrometroloji hadisədir. 2721 metr hündürlükdə yerləşən Şahdağ stansiyasına qar yağıb. 15 santimetrlik qar örtüyü əmələ gəlib. 

Sonuncu dəfə Bakıda və Abşeron yarımadasında avqust ayında 1912-ci ildə 17 dərəcə isti qeydə alınıb.

Lalə Ülviqızı, Space TV

Paylaş

 Xəbəriniz olsun