Azərbaycanda inflyasiya gözləniləndən aşağıdır – RƏSMİ

  • Space TV
  • 13 May 2020 13:00

“Bu ilin dörd ayının nəticəsinə əsasən, orta inflyasiya 3 faiz təşkil edib. Bu da Mərkəzi Bank və hökumətin hədəfindən aşağıdır”.

SPACE TV-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Baş bankir qeyd edib ki, inflyasiyanın ilin sonuna kimi hədəf çərçivəsində olması proqnozlaşdırılır:

“Valyuta bazarında vəziyyət stabilləşib. Biz makroiqtisadi sabitlik, inflyasiya, məşğulluğa dəstəklə bağlı balanslı mövqe tutmağa çalışırıq”.

“Azərbaycan manatının məzənnəsi sabitdir. Bütövlükdə, təşviş dövründə təzyiqlər tam aradan qaldırılıb”, – deyə o qeyd edib.

Paylaş

 Xəbəriniz olsun