Azərbaycanda ilk dəfə yeni buğda və arpa sortları yetişdirilir

  • Space TV
  • 3 Mart 2020 11:33

Fransadan gətirilən yumşaq buğdanın “Renan” və “Barok”,arpanın isə “Ramata” sortları Xaçmaz rayonunda, eləcə də Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsində əkilən bu sortarın yerli torpaq iqlim şəraitinə uyğunlaşmasının sınaqdan keçirilməsi gələcəkdə ölkəmizdə taxıl istehsalının artırılmasına dəstək məqsədi daşıyır.Hazırda əkin sahələrinə fransanın texnologiyası əsasında qulluq olunur və prosses mütəxəssislər tərəfindən izlənilir.

Bu sortların üstün cəhətlərinə gəlinə ….

Fransa və yerli mütəxəssislər sortların əkildiyi əkin sahələrinə və institutun təcrübə sahələrinə baxış keçiriblər.Onlar hazırda bu sortların yerli torpaq iqlim şəraitinə uyğunlaşdığını və gələcəkdə müsbət nəticə əldə olunacağını bildiriblər.

Qeyd edək ki,yeni sortların ölkəmizə gətirilməsi Quba Regional Aqrar Elm Mərkəzinin və Fransanın Luare Kənd Təsərrüfatı Palatasının layihəsi  əsasında həyata keçirilib.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun