Azərbaycanda ilk dəfə vəhşi təbiətdə yaşayan heyvanların quduzluq xəstəliyinə qarşı peyvəndlənməsi işlərinə start verilib.

  • Space TV
  • 7 Fevral 2020 18:01

Azərbaycanda vəhşi təbiətdə yaşayan heyvalarda quduzluq xəstəliyinin qarşısının alınması məqsədi ilə avropadan gətirilmiş peyvəndlərlə ,daha çox xəstəliyin risk zonası sayılan Şimal-Qərb bölgəsində peyvəndləmə işlərinə başlanıb.Peyvəndləmə oral yolla yəni adi qida vasitəsi ilə vəhşi heyvana verilir.

Peyvəndli yemlər kəndlərin kənarında meşənin giriş hissəsinə baytar mütəxəsisləri tərəfindən yerləşdirilir.Şəki rayonunun bütün kəndlərini əhatə edən bu işlər qısa müddətdə başa çatdırılacaq.Peyvəndləmə işləri Qax,Zaqatala və digər rayonlarda da aparılacaq.

Peyvəndləmənin keyfiyyətini də xüsusi üsullarla yoxlamaq olacaq.Respublikaya ilk dəfə gətirilmiş uyuşdurucu maye şprisləri atan silah vasitəsi ilə vəhşi heyvanlar keyləşdirildikdən sonra onların ağız boşluğundan götürülən materiallarda peyvəndə qatılmış tetrasklin maddəsi aşkarlanaraq heyvanın peyvəndli qidanı yeməsi dəqiqləşdiriləcək.

Quduzluğa qarşı vəhşi təbiətdə heyvanların peyvəndləməsi işləri xəstəliyin yayılmasının qarşısını almaqla vəhşi heyvanların aqressivliyinin də azalmasına səbəb olacaq.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun