Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Gətirilən bəzi tinglərdə isə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir.
Hazırda ting idxalının qarşısını almaq üçün artıq ölkəmizdə ilk dəfə mikrocalaq üsulu ilə yeni vegetative calaqaltıların alınmasına üzərində tədqiqat işlərinə başlanılıb ki,bununla da yaxın gələcəkdə xaricdən ting idxalının qarşısını böyük ölçüdə almaq mükün olacaq.
Burada ilk olaraq sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır və həmin materiallar laboratoriyada sterilizə edilir.Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir.Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir.
Tədqiqat işlərinin ilkin müsbət nəticələri əldə olunub.Meyvəçilik və Çayçılıq ETİ-nun yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır.
Emin Vaqifoğlu SPACE TV