Azərbaycanda ilk dəfə aqrar sığorta kalkulyatoru istifadəyə verildi – FOTO

  • Space TV
  • 10 Fevral 2021 14:04

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi çərçivəsində ölkədə ilk dəfə olaraq aqrar sığorta kalkulyatoru istifadəyə verilib.

Aqrar Sığorta Fondunun məlumatına görə, kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri barədə daha aktiv məlumatlandırmaqdır.

Fermerlər və aqrar sahədə çalışanlar aqrar sığorta kalkulyatorundan istifadə etməklə sığortanın əhatə etdiyi istənilən bitki üzrə əkin sahələrinin sığorta haqqını və sığorta məbləğini özləri müstəqil olaraq hesablaya biləcəklər.

Kalkulyatordan istifadə edərkən, sığorta haqqının ümumi məbləği ilə yanaşı, dövlətin və fermerin ödəyəcəyi məbləğlər də ayrıca göstərilir. Bu da kənd təsərrüfatı sahəsində çalışanların sığorta tarifləri və haqları ilə daha asan şəkildə tanış olmasına, öz gəlirlərini və xərclərini planlaşdırmasına kömək edəcək.

Aqrar sığorta kalkulyatoruna linkdən keçmək olar. Yaxın günlərdə kənd təsərrüfatı heyvanlarının aqrar sığortası üzrə də kalkulyator istifadəyə veriləcək.

Xatırladaq ki, aqrar sığorta qaydalarına görə, hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.

Paylaş

 Xəbəriniz olsun