Azərbaycanda ilk dəfə “ağıllı bağ” yaradılır

  • Space TV
  • 28 Dekabr 2019 13:46

Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə “ağıllı bağ” yaradılır. 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edəcək. Bu bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu yeni layihənin icrasına başlayıb.

İnstitutun mətbuat xidmətindən SPACE TV-ə verilən məlumata görə, “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılacaq və kompüter idarəetməsi tətbiq olunacaq.

Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becəriləcək. Artıq tinglərin əkin prosesinə başlanılıb.

Paylaş

 Xəbəriniz olsun