Azərbaycanda ilk dəfə “Ağıllı bağ” yaradılır

  • Space TV
  • 30 Dekabr 2019 16:51

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu yeni layihənin icrasına başlayıb.Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becəriləcək. Artıq tinglərin əkin prosesinə başlanılıb.Bu bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılır. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışacaq. Gələcəkdə bu təcrübədən ölkəmizin çətin relyefli, elektrik enerjisi ilə təminat yerindən uzaq məsafədə yerləşən təsərrüfat sahələrində də yararlanmaq mümkün olacaq.

Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Bağda çalışanların sayı isə minimuma düşəcək. Bağ salındıqdan sonra cəmi 3 nəfər – su mühəndisi, mexanizator və aqronom becərilmə prosesinə nəzarət edəcək.Yeni salınan bağ artıq yerli təsarrüfat sahiblərinin də marağına səbəb olub.

 “Ağıllı bağ”ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması yanvar ayının sonuna kimi başa çatdırılacaq.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun