Azərbaycanda iki qadın prokuror təyin edilib

  • Space TV
  • 19 Fevral 2021 17:10

“Aparılan kadr islahatları nəticəsində 9 qadın prokurorluq əməkdaşı vəzifədə irəli çəkilib”.

Spacetv.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev “Milli Məclis” jurnalına müsahibəsində məlumat verib.

O bildirib ki, onlardan ikisi Baş Prokurorluğun idarə və şöbə rəisləri vəzifəsinə təyin edilib:

“Üç nəfər Baş Prokurorluğun idarə rəislərinin müavinləri vəzifəsinə təyin edilib. Eyni zamanda müasir prokurorluğun tarixində ilk dəfə iki qadın rayon prokuroru, biri rayon prokurorunun müavini, biri isə şəhər prokurorunun böyük köməkçisi vəzifələrinə təyinat alıblar”.

Qeyd edək ki, qadın prokuror təyin edilən rayonlar Qobustan və Zəngilandır. Səadət Rüstəmova Qobustan rayon prokuroru, Lalə Hüseynova Zəngilan rayon prokuroru təyin edilib.

Paylaş

 Xəbəriniz olsun