Azərbaycanda iki avtobus toqquşdu: Çoxlu sayda yaralı var – YENİLƏNİB

  • Space TV
  • 8 May 2020 10:35

Sumqayıtda iki avtobusun toqquşması nəticəsində baş verən qəzada xəsarət alan 14 nəfərdən 12-si evə buraxılıb. 

Xəstəxanadan SPACE TV -a verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti nisbətən ağırdır:

“12 nəfərə ilkin yardım edildikdən sonra evə buraxılıb. Digər iki nəfər isə müalicəsini xəstəxanada davam etdirir. Onlardan biri M.Məmişova hər iki ayağın baldır sümüyünün sınığı, digər xəstə N.Əliyevaya isə onurğanın küt travması diaqnozu qoyulub. Hər iki xəstə həkim nəzarətindədir. Vəziyyətləri qənaətbəxşdir”.

09:37

Sumqayıt şəhərinin çıxışında səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İlkin məlumatlara görə, 3 nömrəli sərnişin avtobusu Sumqayıt-Ceyranbatan istiqamətinə hərəkət edən 9 nömrəli sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində 14 nəfər yaralanıb. Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun