Azərbaycanda İİV-lə yaşayanların 85 faizi müalicəyə cəlb olunub

  • SpaceTV
  • 2 Dekabr 2019 13:45

Azərbaycanda ümumilikdə 2019-cu ilin dekabrın 1-nə qədər İİV-lə yaşayan insanların 85 faizə qədəri antiretrovirus terapiya ilə təmin olunub. 

SPACE TV-in məlumatına görə, bunu 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. 

Onun sözlərinə görə, 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5741 İİV-lə yaşayan insan cəlb olunub:

“Onların 761 nəfəri bu ilin 11 ayı ərzində müalicəyə başlayıb. 2018-ci ildən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV infeksiyasının müalicəsində “Test-Treat” strategiyası tətbiq olunur. İİV-ə yoluxması təsdiq olunmuş hər bir vətəndaş qeydiyyata götürüldüyü gündən etibarən ARV dərmanlar ilə təmin olunur”. 

N.Zülfüqarov qeyd edib ki, İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədilə ölkə ərazisində 50 stasionar və 12 mobil könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir.

Paylaş

 Xəbəriniz olsun