Azərbaycanda icra başçısı koronavirusa yoluxub? – AÇIQLAMA

  • Space TV
  • 19 İyun 2020 14:05

Bəzi kütləvi informasiya vasitələrində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin koronavirusa yoluxması ilə bağlı məlumatlar dərc edilib.

Məsələni aydınlaşdırmaq üçün Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumun İnformasiya təminatı və təhlil sektorunun müdiri Faiq Muradov SPACE TV-a açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir

“Karantin rejiminin tələblərinə uyğun olaraq iki dəfə icra hakimiyyətinin əməkdaşlarından COVID-19-la bağlı analiz götürülüb. Onların nəticələri neqativ çıxıb. İyunun 16-da da üçüncü dəfə test vermişik, amma nəticə bu gün axşama bilinəcək”.

“Kimdəsə aşkarlanarsa, biz bunu gizlətməyəcəyik”, – deyə sektor müdiri əlavə edib.

Paylaş

 Xəbəriniz olsun