Azərbaycanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi tədbirləri çərçivəsində xarici ölkələrdən məhsuldar heyvan cinslərinin gətirilməsinə maraq artıb

  • SpaceTV
  • 24 Aprel 2020 14:32

Təchizatçı şirkətlər və sahibkarlar tərəfindən ölkəmizə gətirilən yeni iribuynuzlu və xırdabuynuzlu heyvanların yerli təsərrüfatlarda yetişdirilməsi genişlənir.Avropadan ölkəmizə gətirilən məşhur laqun qoyunları bu təsərrüfatların daha da inkişaf etdirilməsi üçündür. Laqun qoyunları yerli sortlardan südlük və ətlik xüsusiyyətləri ilə seçilir, eyni zamanda yerli iqlim şəraitinə sürətlə uyğunlaşırlar.

Qəbələdə fəaliyyət göstərən təsərrüfat sahibi deyir ki, laqun qoyunlarının südlük və ətlik keyfiyyətləri çox yüksəkdir.

Xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəştli ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir.

Qeyd edək ki, Laqun qoyunları südlük istiqamətli cins ayılsa da, bu cinsin ətlik keyfiyyətləri də yüksəkdir. Laqun qoyunlarının ətində mərmərləşmə dərəcəsi yüksək olduğuna görə, bu ət ən keyfiyyətli ət növlərindən sayılır.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun