Azərbaycanda hərbi xidmətə qəbulun aparılması xüsusi qaydalarla tənzimlənəcək

  • SpaceTV
  • 2 May 2020 11:03

Hərbi hissələrdə xidmətini tamamlayanların evə dönməsi və hərbi xidmətə qəbulun aparılması prosesi xüsusi qaydalarla tənzimlənəcək.

SPACE TV bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, koronavirusla bağlı hərbi xidmətdə də qaydalara əməl edilməsə, insanları qorumaq çətin olar: “Bu baxımdan hərbi xidmət sahələrində də karantin tədbirləri davam etdiriləcək”.

R.Bayramlı əlavə edib ki, koronavirusdan ölən şəxslərin ailələri dövlətin diqqət mərkəzindədir: “Koronavirusla mübarizə aparan fədakar həkimlərin, peşəsi ilə əlaqədar müəyyən zərərçəkənlərin təltif edilməsi və müəyyən adlarla mükafatlandırılması üçün hökumətlə koordinasiyalı şəkildə çalışacağıq”

Paylaş

 Xəbəriniz olsun