Azərbaycanda hərbi birliklərdə yoxlamalar: Nöqsanlara yol verən vəzifəli şəxslər cəzalandırıldı – RƏSMİ

  • Space TV
  • 23 Dekabr 2020 14:32

Müdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib.

Spacetv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd edilib ki, kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib.

Bununla belə, bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb.

Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb.

Paylaş

 Xəbəriniz olsun