Azərbaycanda Gürcüstan parlamentinə seçkilər üzrə səsvermə keçirilməyəcək

  • SpaceTV
  • 30 Oktyabr 2020 14:49

“Ümumi karantin rejiminə görə bəzi ölkələrdə Gürcüstan vətəndaşlarının parlament seçkilərində iştirak etməsi üçün seçki məntəqələri açılmayacaq”.

Spacetv.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Yunanıstanla bağlı bu cür qərar verilib: “Bu bizim üçün çox təəssüfedici faktdır, çünki biz əminik ki, həm Azərbaycan, həm də Yunanıstanda “Gürcü Arzusu” inamlı qələbə qazanacaq”.

Qeyd edək ki, bundan öncə Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 31-də keçiriləcək parlament seçkiləri ilə bağlı ölkənin Azərbaycandakı səfirliyində 3 seçki məntəqəsinin yaradılması barədə qərar qəbul etmişdi.

Paylaş

 Xəbəriniz olsun