Azərbaycanda güclü yanğın: kollecin 8 otağı kül oldu

  • SpaceTV
  • 26 Fevral 2020 12:08

Zaqatalada yanğın hadisəsi olub.

SPACE TV  bildirir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Zaqatala rayonunda ümumi sahəsi 1000 m² olan Dövlət İdarəetmə və Texnologiya Kollecinin yerləşdiyi birmərtəbəli binanın 8 otağının və dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun