Azərbaycanda gələn il üçün gözlənilən orta maaş açıqlanıb

  • Space TV
  • 23 Dekabr 2020 12:45

“Azərbaycanın əmək bazarnda şəffaflaşma proseslərinin davam edəcəyini nəzərə alaraq, 2021-ci ildə orta aylıq əmək haqqı 727 manat məbləğində proqnozlaşdırılır”.

Spacetv.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“2020-ci ildə isə orta maaşın 702 manat olması gözlənilir”, – o deyib.

Paylaş

 Xəbəriniz olsun