Azərbaycanda ev bayram şamından yandı

  • SpaceTV
  • 18 Mart 2020 16:07

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib

Belə ki, həmin kəndin sakini Niyaz Əsədova məxsus birmərtəbəli evdə yanğın olub. Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvələri cəlb edilərək alov söndürülüb. 

Nəticədə, ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evin iki otağının yanar kosntruksiyaları 60 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, ev bayram şamının aşması nəticəsində yanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun