Azərbaycanda energetik içkilərlə bağlı qadağalar sərtləşdirilir

  • SpaceTV
  • 2 Aprel 2020 14:18

Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi gücləndirilir.

SPACE TV-ın məlumatına görə, bununla bağlı “Uşaq hüquqları haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.

Qanunun 9-cu maddəsinə əsasən, tütün məmulatlarının istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır.

Dəyişiklik layihəsində isə bu siyahıya alkoqol və energetik içkilərin daşınması da əlavə edilir.

Dəyişiklikdə, həmçinin, energetik içkilərin uşaqlara satılması da qadağan olunur.

Qanunun 11.1-ci maddəsi də dəyişdirilir. Alkoqollu və energetik içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, onlar üçün proqramların (verilişlərin) alkoqollu və energetik içkilərin reklamı ilə kəsilməsi qadağan olunur.

Qanunun müvafiq maddəsinin hazırkı variantında isə energetik içkilərlə bağlı məqam yoxdur.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Paylaş

 Xəbəriniz olsun