Azərbaycanda doğulan hər 100 qız uşağına 114 oğlan uşağı düşür

  • Space TV
  • 29 Dekabr 2020 15:57

“Demoqrafik təhlillər onu göstərir ki, doğulan uşaqların cins nisbəti (hər 100 qız uşağına düşən oğlan uşaqlarının sayı) bioloji normaya uyğun olaraq 105-107 təşkil edir”.

Spacetv.az xəbər verir ki, bu barədə Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə dinləniləcək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında qeyd edilib.

Bildirilib ki, Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: “Hazırda hər 100 qız uşağına 114 oğlan uşağı düşür. Cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdə qərarlaşıb”.

Paylaş

 Xəbəriniz olsun