Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 517 yeni yoluxma – RƏSMİ

  • Space TV
  • 26 İyun 2020 17:50

Azərbaycanda 517  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

Hazırda ölkədə aktiv xəstələrin sayı 6818 nəfərdir. Ümumilikdə bu günə qədər koronavirusa yoluxan 15369 nəfərdən 8364-ü sağalıb, 187-si ölüb.

Paylaş

 Xəbəriniz olsun