Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 339 yeni yoluxma

  • SpaceTV
  • 30 İyul 2020 17:11

Azərbaycanda koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Bildirilib ki, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Hazırda aktiv xəstə sayı 5951 nəfər təşkil edir.

Paylaş

 Xəbəriniz olsun