Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 233 yeni yoluxma

  • Space TV
  • 10 Oktyabr 2020 16:08

Azərbaycanda koronavirusa (COVID-19) 233 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan spacetv.az – a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Aktiv xəstə sayı 1909 nəfərdir.

Ölkədə son sutka ərzində 7594, hazırkı dövrədək isə 1169656 test aparılıb.

Paylaş

 Xəbəriniz olsun