Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 142 yeni yoluxma – FOTO

  • Space TV
  • 28 Avqust 2020 22:44

Azərbaycanda koronavirus infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6014 test aparılıb.

Aktiv xəstə sayı isə 1998 nəfərdir.

Açıklama yok.
Paylaş

 Xəbəriniz olsun