Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 526 yeni yoluxma

  • SpaceTV
  • 10 İyul 2020 17:30

“Azərbaycanda bu gün 526 yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb”.

space tv xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. 

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib:

“Bu gün sağalanların sayı 502 nəfərə çatıb. Sutka ərzində bütün ərazilər üzrə yoluxma hallarının müəyyənləşdirilməsi üçün 7 min 576 test icra olunub”.

Paylaş

 Xəbəriniz olsun