Azərbaycanda daha iki nəfər koronavirusdan öldü – FOTO

  • Space TV
  • 17 Fevral 2021 15:47

Azərbaycanda son sutkada koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 232 491 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 227 116 nəfər müalicə olunaraq sağalıb, 3187 nəfər vəfat edib, aktiv xəstə sayı 2188 nəfərdir.

Ölkədə son sutka ərzində 7758, hazırkı dövrədək isə 2 521 394 test aparılıb.

Paylaş

 Xəbəriniz olsun